Faciəvi şəkildə ölən Cəfərin görüntüsü - FOTO

17:21 - 15 Yanvar 2024

Faciəvi şəkildə ölən Cəfərin görüntüsü - FOTO

Xəbər verildiyi kimi, 2 gün əvvəl Bakı-Quba-Rusiya ödənişli avtomagistralının Şabrandan keçən hissəsində ölüm və xəsarətlə nəticələnən avtoqəza baş verib.

 

Manset.az publika.az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 1997-ci il təvəllüdlü Cəfər Həsənovun idarə etdiyi "BMW" markalı minik avtomobili ödənişli yolda idarəetmədən çıxaraq aşıb.

Nəticədə 26 yaşlı Cəfər hadisə yerində aldığı xəsarətlərdən ölüb.

Daha üç nəfər, Bakı şəhər sakinləri 2003-cü il təvəllüdlü Nərmin Elnur qızı Təhməzova, 1998-ci il təvəlludlü Qocayeva Leyla İsmayıl qızı və 2002-ci il təvəllüdlü Emin Sərdar oğlu Xudiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Bildirilir ki, qəzaya düşənlər dost olublar.

Vəfat edən gəncin fotosunu təqdim edirik:

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az