Bu şəxslərə verilən müavinət artırıla bilər - RƏSMİ AÇIQLAMA

12:20 - 16 Yanvar 2024

Bu şəxslərə verilən müavinət artırıla bilər - RƏSMİ AÇIQLAMA

Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə oluna bilər.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

O qeyd edib ki, müharibə veteranları üçün aylıq 80 manat müavinət təyin edilib: "Həmin təbəqə üçün müəyyən edilmiş proqram çərçivəsində növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər".

Nazir müavini deyib ki, hazırda qazilərin işlə təmin olunması istiqamətində addımlar atılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az