SON DƏQİQƏ! General Güloğlan Muradlı yüksək vəzifəyə getdi

13:58 - 16 Yanvar 2024

SON DƏQİQƏ! General Güloğlan Muradlı yüksək vəzifəyə getdi

Dövlət Gömrük Komitəsində yeni təyinatlar olub.

 

Manset.az bu barədə komitənin saytına istinadən xəbər verir.

DGK rəisi Şahin Bağırovun əmri ilə Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi gömrük xidməti polkovniki Orxan Nuriyev vəzifəsindən azad edilib. Onun yerinə general-mayor Güloğlan Muradlı təyin edilib.

O.Nuriyev isə Gömrük İnzibatçılığı Baş İdarəsinə rəis göndərilib.

Qeyd edək ki, general Muradlı bu təyinata qədər Komitənin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini olub. O, ötən il vəzifəsindən azad edilmişdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az