Bakıda mağazadan külli miqdarda oğurluq edilib.
Manset.az xəbər verir ki, Nəsimi rayonu ərazisində mağazaların birindən 185 manat pul və 4000 manat dəyərində quru meyvələr oğurlanıb.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zahid Nəsirov və Qəbələ rayon sakini, əvvəllər məhkum olunmuş Haldun Yusibov saxlanılıblar.
Araşdırma aparılır.