Tahir Budaqovu o əvəz edir

13:54 - 17 Yanvar 2024

Tahir Budaqovu o əvəz edir

Hazırda Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqovun səlahiyyətlərini onun birinci müavini Vahab Məmmədov icra edir.

 

Manset.az xəbər verir ki, bu barədə DSK-da məlumat verilib.

Bildirilib ki, hazırda Dövlət Statistika Komitəsinin sədrinin səlahiyyətlərini müvəqqəti icra edən, sədrin birinci müavini Vahab Məmmədovdur.

DSK-dan saytımıza bildirilib ki, hazırda Tahir Budaqov məzuniyyətdə olduğu üçün onu müavini əvəz edir.

Qeyd edək ki, T.Budaqov həm də, YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəridir.

Xatırladaq ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az