Paytaxtda ödəmə terminalından 6999 manat oğurlandı - FOTO

09:28 - 18 Yanvar 2024

Paytaxtda ödəmə terminalından 6999 manat oğurlandı - FOTO

Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən marketlərdən birinin qarşısında quraşdırılan ödəmə terminalından 6999 manat oğurlanması barədə polisə məlumat daxil olub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Manset.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Astara rayon sakini 1995-ci il təvəllüdlü Asim Əsədli və Masallı rayon sakini 1994-cü il təvəllüdlü Xəyal Məmmədov saxlanılıblar.

Faktla bağlı Xəzər RPİ-də Cinayət İşi başlanılıb istintaq tədbirləri davam etdirilir. 

A.Əsədli və X.Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polisə məlumat verə bilərlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az