Daha 3 prezidentliyə namizədin vəkilləri qeydə alındı

16:42 - 18 Yanvar 2024

Daha 3 prezidentliyə namizədin vəkilləri qeydə alındı

Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb.

 

Manset.az xəbər verir ki, məsələ barədə MSK-nın katibi Arifə Muxtarova məlumat verib.

Belə ki, Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.//report


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az