2 yeniyetmə qız itkin düşdü

09:49 - 19 Yanvar 2024

2 yeniyetmə qız itkin düşdü

Gəncədə yeniyetmə qız itkin düşüb.

 

Manset.az xəbər verir ki, Gəncə şəhəri Zərdabi küçəsində yaşayan G.Nurullayeva polisə müraciət edərək onunla birgə yaşayan övladı, 2010-cu il təvəllüdlü N.Nurullayevanın itkin düşdüyünü bildirib. O qeyd edib ki, qızı yanvarın 18-də Gəncədə təhsil aldığı 27 saylı orta məktəbdən çıxıb və evə qayıtmayıb.

Oxşar hadisə Bakının Yasamal rayonunda da baş verib. 2008-ci il təvəllüdlü L.Pərvanənin yanvarın 17-dən itkin düşməsi barədə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə müraciət daxil olub.

Hər iki fakt üzrə araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az