Dəmiryolu stansiyasında silahlı şəxs saxlanıldı

10:08 - 19 Yanvar 2024

Dəmiryolu stansiyasında silahlı şəxs saxlanıldı

Keşlə dəmiryolu stansiyasında silahlı şəxs saxlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Dəmiryolu Nəqliyyatında Polis İdarəsi Biləcəri Xətt Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Salyan rayon sakini əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Vahid Əliyev Keşlə stansiyasının ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı 1 ədəd “TT” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı aşkar olunaraq götürülüb. V.Əliyev odlu silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az