“Muğan Bank”ın ipoteka kreditləri portfeli 6 banka ötürüldü

12:01 - 19 Yanvar 2024

“Muğan Bank”ın ipoteka kreditləri portfeli 6 banka ötürüldü

Ləğv prosesində olan “Muğan Bank” ASC-nin ipoteka kreditləri portfeli altı banka ötürülüb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, həmin banklar “Bank Respublika”, “Express Bank”, “PAŞA Bank”, “Premium Bank”, “Rabitəbank” və “Turan Bank” ASC-lərdir.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı “Muğan Bank”ın lisenziyasını ötən ilin oktyabr ayında ləğv edib. Tənzimləyici qurum qərarını Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3%-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmaması ilə izah edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az