Qarabağ və Şərqi Zəngəzurda TV yayımı ilə bağlı AÇIQLAMA

13:14 - 19 Yanvar 2024

Qarabağ və Şərqi Zəngəzurda TV yayımı ilə bağlı AÇIQLAMA

“Qarabağ və Şərqi Zəngəzur bölgəsində yerüstü radio və televiziya yayımının əhatə zonasının genişləndirilməsi məqsədilə hesablamalar aparılıb, əhatə zonaları çıxarılıb”.

 

Manset.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın illik hesabatında məlumat verilib.

“Yuxarı Sus” (Laçın rayonu), “Balasoltanlı” (Qubadlı rayonu) radio-televiziya yayımı stansiyalarında (RTYS) açıq (ödənişsiz) rəqəmsal yerüstü televiziya yayımı həyata keçirmək üçün radiovericilərin gücü hesablanıb və istifadəyə yararlı boş olan TV yayım kanalları ayrılıb.

Bundan başqa, adı çəkilən RTYS-lərdə “Azərbaycan Radiosu”nun və “İctimai Radio”nun yayımının həyata keçirilməsi üçün istifadəyə yararlı boş radiotezliklər də müəyyən olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az