Baku TV Avropada yayıma başladı - FOTO

13:59 - 19 Yanvar 2024

Baku TV Avropada yayıma başladı - FOTO

Baku TV arealını genişləndirir, yayım keyfiyyətini artırır. Kanal artıq Avropa ölkələrində də yayımlanır. 

 

Getdikcə daha çox tamaşaçı “Baku TV”dən ən son xəbərləri, həmçinin analitik materialları və maraqlı müzakirələri asanlıqla izləmək imkanı qazanır.

Kanalın siqnalının etibarlı və keyfiyyətli qəbulu miqyasını genişləndirmək “Baku TV” kollektivinin əsas vəzifələrindən biridir. Kanalın əməkdaşları üçün Azərbaycanda informasiyaya ehtiyacı olan hər bir evə məlumat çatdırmaq prioritet məsələdir. Buna görə də yayım dairəsinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, “Baku TV” həm Azərbaycanda, həm də beynəlxalq aləmdə baş verən xəbərlərin ən operativ, əsasən də ən etibarlı mənbəyidir.

“Azerspace” peyki ilə yayımlanan “Baku TV”ni Avropa, eləcə də Asiyada izləmək üçün tezlik məlumatlarını təqdim edirik:

Azerspace 1@46°E (Avropa), Tezlik: 11095, Simvol dərəcəsi: 30000, Qütbləşmə: H.

Azerspace 1@46°E (Asiya), Tezlik: 11135, Simvol dərəcəsi: 30000, Qütbləşmə: H.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az