Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

15:35 - 19 Yanvar 2024

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir

Xəbər verdiyimiz kimi, 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Parlament prospekti ilə kəsişən və birləşən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Manset.az-a verilən məlumata görə, məhdudiyyət səbəbindən 11 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək.

Bildirilib ki, məhdudiyyətlərə uyğun olaraq 3, 6, 10, 18, 31, 37, 39, 53, 77, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az