Nazir tıxaclarla bağlı tapşırıq verdi

16:03 - 19 Yanvar 2024

Nazir tıxaclarla bağlı tapşırıq verdi

Xəbər verdiyimiz kimi, yanvarın 19-da Azərbaycanın daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində 2023-cü ilin yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

 

Manset.az xəbər verir ki, əməliyyat müşavirəsində şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, habelə 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə təmin olunması ilə bağlı görülən işlərin vəziyyəti, vətəndaşların yaşayış yeri üzrə qanunamüvafiq olaraq qeydiyyata alınmaları ilə bağlı tədbirlərin görülməsinə dair göstərişlərin icrası nəzərdən nəzərdən keçirilməklə nazir müvafiq tapşırıqlar veri

Nazir vətəndaşların mənzil başına rahat və təhlükəsiz çatmaları üçün aidiyyəti orqanlarla birlikdə paytaxtda nəqliyyat sıxlığının və tıxacların qarşısının alınmasının, yolların kənarında qeyri-qanuni saxlanılan və nəqliyyatın normal axınına maneçilik törədən avtomobillərin kənarlaşdırılmasının, eləcə də sərnişindaşıma sahəsində olan nöqsanların aradan qaldırılmasının vacibliyinə toxunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az