Mərasim evindəki hadisənin təfərrüatı məlum oldu

16:19 - 19 Yanvar 2024

Mərasim evindəki hadisənin təfərrüatı məlum oldu

Bu gün saat 13 radələrində Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində yerləşən mərasim evindəki bədbəxt hadisənin təfərrüatı məlum olub.

 

Manset.az xəbər verir ki, hadisə vaxtı mərasim evinin ikinci mərtəbəsində yas mərasimi keçirilirmiş. Bu zaman ikinci mərtəbənin döşəməsi birinci mərtəbənin tavanı ilə birgə qəfil çöküb. Nəticədə yuxarı mərtəbədəki mərasimdə iştirak edən qadınlar əyləşdikləri masalarla birgə birinci mərtəbəyə yıxılıblar.

Bildirilir ki, hadisədən bir neçə dəqiqə əvvəl 1-ci mərtəbədə olan şəxslər oranı tərk ediblərmiş. Az sonra isə çökmə hadisəsi yaşanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az