Gürcüstan ötən il 41 Azərbaycan vətəndaşını deportasiya edib.
Mansetaz APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilib.
Qeyd olunub ki, cari ilin birinci rübündə 13, ikinci rübündə 19, üçüncü rübündə 4, dördüncü rübündə isə 5 Azərbaycan vətəndaşı Gürcüstandan çıxarılıb. Deportasiya edilən Azərbaycan vətəndaşlarından 19-u yetkinlik yaşına çatmayanlar olub.
Gürcüstan ötən il ümumilikdə 190 əcnəbini deportasiya edib.