Moskva məhkəməsinin qərarına görə, Rusiyanın xalq artisti Filipp Kirkorova ödəməli olduğu təxminən 8 milyon rubl (təxminən 153 min manat) məbləğində vergi və rüsum borcu var.
Manset.az Lent.az-a istinadən xəbərinə görə, Federal Vergi Xidmətinin Müfəttişliyinin xeyrinə Kirkorovdan 7,9 milyon rubl məbləğində vəsait alınmalıdır.
Bu məbləğin 24 min rublu Moskva şəhərinin büdcəsinə keçəcək.
Məhkəmə qərarı hələ qanuni qüvvəyə minməyib.
