Hepatit “A” virusu Ceyranbatan su anbarından yayılır? - VACİB AÇIQLAMA/VİDEO

09:58 - 25 Yanvar 2024

Hepatit “A” virusu Ceyranbatan su anbarından yayılır? - VACİB AÇIQLAMA/VİDEO

Bakı ərazisində “sarılıq” xəstəliyi kimi tanınan Hepatit A virusunun yayılması ilə bağlı xəbərlər bütün diqqətləri Ceyranbatan su anbarına yönəldib.

Virusun su anbarından yayıldığı iddia olunur.

Manset.az xəbər verir ki,  AzTV-nin əməkdaşları məsələni yerində araşdırmaq üçün Abşeron yarımadasını su ilə təmin Ceyranbatan su anbarında olub.

Qeyd edilib ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ilə “Azərsu” ASC-nin sözügedən su anbarından səyyar laboratoriya vasitəsilə su nümunələri analiz edilib. Hər iki qurumun analizlərinin nəticəsi müqayisə edilib.

Reportajda içməli suyun təmizlənməsi prosesi, 15 parametr üzrə kimyəvi analiz və 2 parametr üzrə mikrobioloji analiz barədə məlumat verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az