Sərxanla birgə 23 yaşlı qardaşı da qazdan boğuldu - YENİLƏNDİ

12:49 - 26 Yanvar 2024

Sərxanla birgə 23 yaşlı qardaşı da qazdan boğuldu - YENİLƏNDİ

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, Sərxanın qardaşı, 2001-ci il təvəllüdlü Əli Asif oğlu Həsənov da onunla birgə mənzildə dəm qazından boğularaq ölüb.

Hazırda iki qardaşın öldüyü hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

Manset.az “Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Sərxan Həsənovun yaşadığı Bakı şəhəri, Nərimanov rayonu Böyükşor qəsəbəsi PY UA 38/10 ünvanında baş verib.

2002-ci il təvəllüdlü tələbə yaxınları tərəfindən huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası onun vəfat etdiyini bildirib.

***

ADA-nın tələbəsi dəm qazından boğulub.

Manset.az “Azərbaycan Universitetləri” səhifəsinə istinadən xəbər verir ki, 2020-ci ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olan ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbəsi, Prezident təqaüdçüsü Sərxan Həsənov bu gecə dəm qazından dünyasını dəyişib.

Bildirilib ki, Sərxan ABŞ-də təcrübə keçən tələbələrdən olub. O, xarici məhkəmələrin metodikasını öyrənirdi.

Hadisə ilə bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az