34 yaşlı qadın itkin düşdü

13:14 - 01 Fevral 2024

34 yaşlı qadın itkin düşdü

Hacıqabul sakini itkin düşüb.

 

Manset.az DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupuna istinadən xəbər verir ki, 1990-cı il təvəllüdlü Soltanova Aygül Əzizağa qızı yanvarın 13-ü yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Soltanovanın əlamətləri belədir: boyu 155 sm., kök bədən quruluşlu, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxan zaman əynində qara rəngli plaş, qara şalvar və idman ayaqqabısı olub.

Fotodakı qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Hacıqabul RPŞ-yə məlumat vermələri xahiş olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az