40 yaşdan sonra arıqlamaq üçün SADƏ ÜSUL

23:22 - 07 Fevral 2024

40 yaşdan sonra arıqlamaq üçün SADƏ ÜSUL

Diyetoloq Nikki Uilyams 40 yaşdan arıqlamağın yollarını açıqlayıb.

 

Manset.az  lent.az-a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, xüsusilə qadınlar 40 yaşdan sonra sürətlə kilo almağa başlayır.

Onun sözlərinə görə, bu, orqanizmin hormonal sistemindəki dəyişikliklərlə bağlıdır:

"Bütün qadınlar üçün uyğun universal pəhriz yoxdur. Ancaq bəzi qidalar sağlamlığa əhəmiyyətli təsir göstərə bilər. Pəhrizin əsasını tərəvəzlər təşkil etməlidir. Ən yaxşı tərəvəz seçimlərindən bəziləri brokoli, kələm, gül kələm, yarpaqlı göyərtidir. Tərkibi sağlam yağlarla zəngin olan avokado, yağlı balıq, kokos yağı, zeytun yağı, qoz-fındıq kimi qidalara üstünlük vermək lazımdır. Arıqlamaq üçün gündəlik yeməklərinizi dörd əsas yerə bölmək daha yaxşıdır: səhər yeməyi, günorta qəlyanaltı, nahar və şam yeməyi. Yeməklər arasında qəlyanaltıdan imtina etmək daha yaxşıdır. Əsas yeməklər arasındakı fasilələr 5-6 saat olmalıdır".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az