Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vurdu

13:04 - 10 Fevral 2024

Bakı-Sumqayıt şosesində avtomobil piyadanı vurdu

Bakı-Sumqayıt şosesində yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, yaxınlıqda piyada keçidi olmasına baxmayaraq, yolun müəyyən olunmayan hissəsindən keçən piyadanı avtomobil vurub. 

Qəza səbəbindən Xırdalan dairəsi istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün tədbirlər görülür.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az