Zaqatala rayonunun Yuxarı Tala kəndində yanğın olub.
Manset.az Apa-ya istindən xəbər verir ki, yanğın bu gün Hacımuca Aslan oğlu Aslanova məxsus təmiri sexində baş verib.
Ümumi sahəsi 96 m² olan, 2 boksdan ibarət avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 24 m² sahədə və içərisində təmirə dayanan “ВАЗ” markalı minik avtomobili yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.