ABŞ Prezidenti Donald Tramp Vaşinqtondakı Holokost Memorial Muzeyinin şura üzvü vəzifəsində olan keçmiş vitse-prezident Kamala Harrisin əri Duqlas Emhoffun işdən çıxarılması barədə qərar qəbul edib.
Manset.az Oxu.az-a istinadla məlumatına görə, bu barədə Emhoff "The Hill" qəzetinə müsahibəsində bildirib.
"Bu gün mənə Holokost Memorial Muzeyinin şurasından çıxarıldığım barədə məlumat verilib", - deyə o bildirib.
İşdən çıxarılmasına baxmayaraq, o, ictimaiyyətə bu istiqamətdə işini başqa formatlarda davam etdirəcəyini deyib.
Ağ Evin nümayəndəsi nəşrə təsdiq edib ki, Tramp administrasiyası həqiqətən də muzey şurasının bir neçə üzvünü işdən çıxarıb və artıq boşalan vəzifələr üçün potensial yeni namizədlərlə müsahibələr keçirilir.
O da qeyd olunur ki, kadr dəyişiklikləri təkcə Emhoffa aid deyil. Şuranı, həmçinin keçmiş prezident Co Baydenin administrasiyasının bir neçə əsas fiquru - Ağ Ev aparatının sabiq rəhbəri Ronald Klayn, keçmiş milli təhlükəsizlik müşaviri Syuzan Rays və ABŞ-nin birinci xanımının köməkçisi olmuş Entoni Bernal tərk edib.