Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə ABŞ prezidenti Donald Trampla gözlənilən görüşün mümkünlüyündən danışıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ prezidenti ilə ilk fürsətdə görüşəcəyini bildirib.
"Telefon danışığımız səmimi, məhsuldar və mehriban keçdi. İki ölkə arasındakı münasibətlərin dərin kökləri var. Müzakirə edəcəyimiz mövzular və atacağımız çoxlu addımlar var. Bu səbəbdən nazirliklərimiz Türkiyə ilə ABŞ arasında münasibətlərin gedişatını müəyyən edəcək görüşə hazırlıq işlərini davam etdirir.
Yeganə