Türkiyədə 53 şagird qidadan zəhərlənib.
Manset.az Report-a istinadən xəbər verir ki, hadisə Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Güleçoba Aşıkan məktəbində qeydə alınıb.
Məktəbdə yeməkdən sonra onlarda qızdırma, halsızlıq müşahidə olunub. Xəstəxanaya yerləşdirilən şagirdlərə zəhərlənmə diaqnozu qoyulub.
Onlardan 47-si artıq evə buraxılıb. Qalanlarının isə müalicəsi davam edir.
Hadisə ilə bağlı araşdırma başladılıb.