"1,4 milyondan çox suriyalı evinə qayıtdı" - BMT  

22:18 - 01 May 2025

\"1,4 milyondan çox suriyalı evinə qayıtdı\" - BMT  

Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı 2024-cü il dekabrın 8-də Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra 1,4 milyondan çox suriyalının öz evlərinə qayıtdığını bildirib.


Manset.az xarici KİV-ə istinadla bildirir ki, BMT QAK-ın "X" sosial media platformasında suriyalıların evlərinə qayıtması ilə bağlı paylaşım edilib.

Paylaşımda suriyalıların həyatlarını yenidən qurmasının asan olmadığı vurğulanıb. Onların sığınacaq, sağlamlıq, təhsil və dolanışıq da daxil olmaqla bir çox sahədə dəstəyə ehtiyacı olduğu vurğulanaraq, ailələrin həyatlarına yenidən başlamasına kömək etmək üçün səylərə dəstək çağırışı edilib.

Yeganə


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv