Misirin Alameyn şəhərində ağır yol qəzası baş verib.
Manset.az xarici mediaya istinadən bildirir ki, işçiləri daşıyan yük maşını aşaraq 7 nəfərin ölümünə, 9 nəfərin isə yaralanmasına səbəb olub.
Hadisə sürücünün yüksək sürət səbəbindən idarəetməni itirməsi nəticəsində baş verib. Qəza zamanı maşında olan şəxslərdən bir neçəsi hadisə yerindəcə həlak olub, digərləri isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. Hadisə ilə bağlı araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri müəyyənləşdirilir.