Avropa İttifaqı (Aİ) Komissiyasının sözçüsü Anouar El Anouni İsraili Qəzzaya qarşı blokadanı qaldırmağa və humanitar yardımın daxil olmasına icazə verməyə çağırıb.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Anouni bu barədə gündəlik mətbuat konfransında Qəzzadakı vəziyyətlə bağlı açıqlama verib.
“Atəşkəs dövründə gətirilən ərzaq ehtiyatlarının tükənməsi ilə bağlı humanitar vəziyyətdən son dərəcə narahatıq. Aİ beynəlxalq humanitar hüquqa uyğun olaraq humanitar yardımın ehtiyacı olan mülki şəxslərə çatması lazım olduğunu qeyd edir".
Yeganə