İstanbulda Kadıköydə heyvandarlıqla məşğul olan Kayabaşı ailəsinin inkubatorda olan 14 yumurtasında 11-i bala çıxarıb. Cücələrdən birinin dörd ayağının olduğu qeyd olunub.
Manset.az Türkiyə mediasına istinadən bildirir ki, Mahmut Kayabaşı qeyri-adi hadisəni videoya çəkdirərək sosial şəbəkədə paylaşıb və burada böyük maraqla qarşılanıb.
İlk dəfə belə bir vəziyyətlə qarşılaşdıqlarını ifadə edən Mahmut Kayabaşı açıqlamasında bu sözləri qeyd edib: "Yeyəcəyimiz yumurtaları öz toyuqlarımızdan istehsal edirik. İnkubatorda olan 14 yumurtadan 11-də cücələr çıxdı. Cücələrdən birinin 4 ayaqlı olduğunu müşahidə etdim. Səbəbini bilmirəm, amma ilk dəfə idi ki, belə bir vəziyyətlə qarşılaşdıq".
Yeganə