Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin 9 Mayla bağlı təklif etdiyi üçgünlük atəşkəs təklifini rədd edib.
Manset.az Oxu.az-a istinadla xəbər verir ki, Ukrayna lideri jurnalistlərlə söhbət zaman Kreml rəhbərinin təklif etdiyi qısamüddətli atəşkəslərlə oynamaq istəmədiyini bildirib.
Onun sözlərinə görə, 30 günlük atəşkəs modeli ən optimaldır, çünki bir neçə günə nəyisə razılaşdırmaq mümkün deyil.
V.Zelenski, həmçinin qeyd edib ki, Ukrayna Moskvada 9 May paradı zamanı dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.