Trampdan NATO ölkələrinə ULTİMATUM

20:59 - 03 May 2025

Trampdan NATO ölkələrinə ULTİMATUM

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin müdafiə xərclərini artırmayacağı təqdirdə NATO-nun iyunda Haaqada keçiriləcək sammitində iştirak etməyəcəyi ilə hədələyib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Avropa ölkələrindən Brüsseldə demək olar hər görüşdə tələb edir ki, müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırmağa razı olsunlar.

"Əvvəlcə almanlar amerikalıların xərclər barədə ciddi olmadığını, bunun sadəcə danışıqların taktikası olduğunu düşünürdülər. İndi onlar Uitakerin sözünü ciddiyə alırlar və digər NATO ölkələri pul məsələsində hərəkətə keçməyəcəkləri təqdirdə, Trampın iyun sammitində iştirak etməyəcəyinə inanırlar", - məqalədə qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv