İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında baş verən partlayışla bağlı iki nəfəri həbs edib.
Manset.az xəbər verir ki, bu barədə SNN agentliyi məlumat yayıb.
“İstintaq zamanı bir neçə şübhəli şəxs müəyyən edilib, nəticədə dövlət qulluqçusu kimi tanınan bir rəhbər və özəl şirkətdən bir menecer saxlanılıb”, - məlumatda deyilir.
Qeyd edək ki, aprelin 26-da Fars körfəzi sahillərində yerləşən dəniz limanının ərazisində təhlükəli materiallar və kimyəvi maddələr olan anbarda partlayış baş verib.
Partlayış nəticəsində 70 nəfərə yaxın insan ölüb, 1200 nəfərə yaxın insan isə xəsarət alıb.