Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) Yəməndə 4,8 milyon insanın köçkün vəziyyətinə düşdüyünü və ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğunu bildirib.
Manset.az-ın məlumatına görə, UNHCR Yəməndəki vəziyyətlə bağlı "X" səhifəsində belə bir paylaşım edib.
"Yəməndə 4,8 milyon insan məcburi köçkün vəziyyətinə düşüb. Çoxları bir neçə dəfə qaçmağa məcbur olub", - yazıda deyilir.
Təhlükəsiz sığınacaqlara çatmağın qeyri-mümkün olduğuna və evakuasiya riskinin artdığına diqqət çəkən yazıda yəmənli ailələrin təhlükəsizliyini təmin etmək üçün təcili dəstəyə ehtiyac olduğu da vurğulanıb.
Yeganə