Yaponiyada uşaq əhalisinin azalması artıq 44 ildir ki, fasiləsiz şəkildə davam edir.
Manset.az xarici KİV-ə istinadla bildirir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyi məlumat yayıb.
Rəsmi statistikaya əsasən, 2025-ci il aprelin 1-nə olan məlumata görə, 14 yaşadək uşaqların sayı 13 milyon 660 min nəfərə düşüb.
Bu, ötən illə müqayisədə 350 min nəfər azalma deməkdir. Hazırda uşaqlar Yaponiyada ümumi əhalinin cəmi 11,1 faizini təşkil edir.