Ölümcül göbələk xəstəliyi yayılır - Alimlərdən həyəcan təbili

09:38 - 07 May 2025

Ölümcül göbələk xəstəliyi yayılır - Alimlərdən həyəcan təbili

Mançester Universitetinin alimlərinin apardığı yeni tədqiqat nəticəsində qlobal istiləşmənin ölümcül göbələk xəstəliklərinin yayılmasına səbəb ola biləcəyi məlum olub.


Manset.az-ın məlumatına əsasən, araşdırma xüsusilə, "Aspergillus fumigatus" adlı göbələk növünün iqlim dəyişikliyi fonunda daha geniş ərazilərə yayılacağını göstərir. 

İsti bölgələrdə müşahidə edilən bu təhlükəli infeksiya insanlarda ciddi tənəffüs çatışmazlığına səbəb ola bilər. Alimlərin proqnozuna görə, bu göbələk növü Afrika və Cənubi Amerikadan Avropa və Asiyaya doğru hərəkət edəcək. 

Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetinin mütəxəssisi göbələk infeksiyalarının müalicəsinin “son dərəcə çətin” olduğunu vurğulayaraq, beynəlxalq ictimaiyyəti ehtiyat tədbirləri görməyə çağırıb.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv