Moskvada PUA hücumları təsirsiz ötüşmədi - Uçuşlar ləğv edildi

17:53 - 07 May 2025

Moskvada PUA hücumları təsirsiz ötüşmədi - Uçuşlar ləğv edildi

Rusiyanın müxtəlif şəhərlərinə, o cümlədən Moskvaya Ukrayna tərəfindən təşkil olunan PUA hücumları səbəbilə hava limanlarında ciddi gecikmələr və ləğvlər yaşanıb.


Manset.az xarici mediaya istinadla bildirir ki, ATOR-un məlumatına görə, Vnukovo, Şeremetyevo və Domodedovo hava limanlarında ümumilikdə 110, ölkə üzrə isə 350-dən çox uçuş təxirə salınıb. Təxminən 60 min sərnişin vəziyyətdən təsirlənib.

Aviaşirkətlər təhlükəsizlik səbəbindən məhdudiyyətlər və yeni gecikmələr barədə xəbərdarlıq edib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv