"Toyota" ciddi itkilərlə üzləşdi  

18:28 - 08 May 2025

\"Toyota\" ciddi itkilərlə üzləşdi  

Yaponiyanın avtomobil istehsalçısı "Toyota Motor" ABŞ Prezidenti Donald Trampın idxala yüksək rüsumlar tətbiq etmək siyasəti ilə bağlı 2025-ci maliyyə ilində xalis mənfəətinin 34.9% azalacağını proqnozlaşdırır.


Manset.az xəbər verir ki, bu barədə brendin mətbuat xidməti məlumat verib.

Şirkət xalis mənfəəti 3.1 trilyon yen (cari məzənnə ilə 21.6 milyard dollar) səviyyəsində proqnozlaşdırır ki, bu da bir il əvvəllə müqayisədə 34.9% azdır. Əməliyyat mənfəəti də, həmçinin 20.8% azalaraq 3.9 trilyon yen (27.1 milyard dollar) təşkil edəcək. Qeyd olunur ki, "Toyota"nın xarici satışlarının təxminən 20%-i ABŞ-nin payına düşür.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv