Hindistanla münaqişə səbəbindən Pakistan 149 uçuşu ləğv edib.
Manset.az xəbər verir ki, bu barədə Pakistan mətbuatı məlumat yayıb.
Məlumata görə, İslamabaddan ümumilikdə 42, Lahordan 36, Karaçidən isə 34 reys təxirə salınıb.
Qeyd edək ki, mayın 8-də Pakistan ərazisində hava limanları bir neçə saat bağlanıb.