ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistana Kəşmir probleminin həllində kömək etməyi təklif edib.
Manset.az xarici KİV-ə istinadla bildirir ki, eyni zamanda ABŞ prezidenti hər iki ölkə ilə ticarəti əhəmiyyətli dərəcədə artırmaq niyyətində olduğunu da qeyd edib.
"Hindistan və Pakistanın güclü, sarsılmaz qüdrətli rəhbərliyi ilə fəxr edirəm ki, bu qədər ölüm və dağıntıya səbəb ola biləcək hazırkı təcavüzü dayandırmağın vaxtının gəldiyini tam başa düşmək üçün güc, müdriklik və mətanət nümayiş etdirirlər. Milyonlarla günahsız insan ölə bilərdi!
Bundan əlavə, mən sizin hər ikiniz üçün çalışacağıam ki, "Kəşmirlə bağlı həll yolu tapıla bilərmi?" sualına cavab axtarım",-deyə Tramp "Truth Social" şəbəkəsində yazıb.
Yeganə