ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda ilkin şərt olmadan Ukrayna ilə birbaşa danışıqları bərpa etməyi təklif etməsindən sonra açıqlama verib.
Manset.az-ın xarici KİV-ə istinadən məlumatəna görə, Tramp Rusiya və Ukrayna üçün potensial olaraq əla gün olduğunu deyib.
Tramp Putinin Ukrayna ilə birbaşa danışıqlar təklifindən sonra “Truth” sosial media hesabında açıqlama verib:
"Rusiya-Ukrayna müharibəsinin sona çatması ilə minlərlə insanın həyatı xilas ediləcək. Bu, tamamilə yeni və daha yaxşı bir dünya olacaq. Böyük həftə gəlir".
Yeganə