"Ayla" vəfat etdi

19:55 - 12 May 2025

\"Ayla\" vəfat etdi

Məşhur "Ayla" filmi ilə hekayəsi ekranlaşdırılan koreyalı Kim Eunja dünyasını dəyişib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Seuldakı Səfirliyi yayıb.

Rəsmi açıqlamaya görə, Seul yaxınlığındakı İnçxon şəhərində övladları və nəvələri ilə birlikdə yaşayan Kim 2022-ci ildə COVID-19 virusuna yoluxduqdan sonra sətəlcəmə tutulub. Onun bir müddət Koreya Müharibəsi Veteranları və Vətənpərvərlər Nazirliyinin himayəsində yaşadığı qeyd olunub.

Son aylarda demens diaqnozu qoyulan Kim Eunja Inçxon yaxınlığındakı Songdo Hana xəstəxanasının yaşlılar üçün olan müalicə şöbəsində müalicə alırdı. O, yenidən sətəlcəmə yoluxaraq 11 may 2025-ci il tarixində vəfat edib.

Qeyd edək ki, gerçək hadisəyə əsaslanan "Ayla" filmi Koreya müharibəsi zamanı beş yaşlı kimsəsiz bir qıza sahib çıxan türkiyəli zabit Süleyman Dilbirliyi ilə Ayla adını verdiyi qızın duyğulu həyat hekayəsini ekranlara gətirmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv