Kann Film Festivalında tarixi qərar - Bu geyimlər qadağan edildi

10:14 - 13 May 2025

Kann Film Festivalında tarixi qərar - Bu geyimlər qadağan edildi

Fransanın Kann şəhərində keçirilən 78-ci Kann Film Festivalı bu il qırmızı xalça mərasimində ciddi dəyişiklərlə yadda qalacaq.


Manset.az-ın əldə etdiyi məlumata görə, festival rəhbərliyi qırmızı xalçanın getdikcə dəb nümayişinə çevrilməsinə qarşı tədbirlər görüb və cəsarətli geyimlərə qadağa tətbiq edib.

Məşhur festival mayın 24-dək dünyanın müxtəlif ölkələrindən gələn kino sənətçilərini və gənc istedadları bir araya gətirəcək. Lakin bu il qırmızı xalçada təqdim olunan geyimlərə nəzarət gücləndirilib. Yeni qərara əsasən, artıq ekstremal dərəcədə açıq-saçıq və gözəçarpan libaslar qəbul edilmir.

Festival təşkilatçıları bildiriblər ki, son illərdə qırmızı xalçada top modellərin və sosial media məşhurlarının diqqətçəkən geyimləri kino ulduzlarını kölgədə qoyaraq, tədbirin əsas məqsədindən - kinonun təbliğindən uzaqlaşmasına səbəb olub.

Bu tendensiyanın qarşısını almaq üçün tədbir rəhbərliyi qırmızı xalça və digər rəsmi mərasimlər üçün geyim protokolunu sərtləşdirib. Yeni qaydalara əsasən, kişilər smokin və ya klassik kostyum, qadınlar isə uzun gecə paltarı, zərif ayaqqabılar və uyğun kokteyl geyimləri ilə iştirak etməlidirlər.

Festival rəhbərliyi vurğulayıb ki, geyim qaydalarına əməl etməyən şəxslər qırmızı xalçaya buraxılmayacaq. Məqsəd, Kann Film Festivalının illərdir qoruduğu kino mərkəzli imicini bərpa etməkdir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv