Palçıq vulkanı püskürdü - Əhaliyə xəbərdarlıq olundu

12:22 - 13 May 2025

Palçıq vulkanı püskürdü - Əhaliyə xəbərdarlıq olundu

Filippinin Neqros adasındakı Kanlaon vulkanında püskürmə baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, bu barədə Filippin Vulkanologiya və Seysmologiya İnstitutu açıqlama verib.

Açıqlamada püskürmənin 5 dəqiqə davam etdiyi və püskürmə zamanı vulkandan təxminən 3 kilometr yüksəkliyə kül səpildiyi bildirilib.

Püskürmə zamanı vulkanın cənub yamaclarında 2 kilometr məsafədə isti qaz və vulkanik materialın axması müşahidə olunub.

Partlayışdan sonra bölgədə 3-cü səviyyəli xəbərdarlıq statusunun hələ də qüvvədə olduğu qeyd edilib.

Vulkana yaxın yaşayış məntəqələrinin boşaldılması lazım olduğunu xatırladan Phivolcs, axın, qaya parçaları və kül yağışı kimi təhlükələrə qarşı diqqətli olmağa çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv