Yeni seçilən Papanın ilk xaricə səfəri Türkiyə olacaq.
Manset.az xəbər verir ki, bu barədə Türk mediası məlumat yayıb.
Vatikanda müxtəlif KİV-lərin müxbirləri yazır ki, Papa XIV Leo-nun Romaya ilk səfərinin məqsədi Türkiyənin İznik şəhəri ola bilər.
Mümkün səfərin Nikea 1-ci Ekumenik Şurasının 1700 illiyi ilə əlaqədar olduğu qeyd edilir.
Xatırladaq ki, Roma Papası Fransisk ölümündən əvvəl, 2024-cü il mayın 17-də 2025-ci ildə də eyni münasibətlə Türkiyəyə səfər etmək niyyətində olduğunu bildirmişdi.