Eyni ailədən 1 uşaq öldü - 4 nəfər yaralandı

16:23 - 13 May 2025

Eyni ailədən 1 uşaq öldü - 4 nəfər yaralandı

Türkiyənin Kelkit rayonunda ağır yol qəzası baş verib.


Manset.az-ın əldə etdiyi məlumata görə, baş verən yol qəzasında eyni ailədən 1 uşaq həyatını itirib, 2-si ağır olmaqla 4 nəfər yaralanıb.

Əldə edilən məlumata görə, Ömər Önercanın (45) idarə etdiyi 06 FT 2114 dövlət nömrə nişanlı avtomobil sürücünün sükanı itirməsi nəticəsində yoldan çıxaraq aşıb. Maşın dərəyə yuvarlanıb.

Hadisə yerinə Təcili Tibbi Yardım, jandarma qruplar sövq edilib. Sağlamlıq qruplarının ilk müdaxiləsi zamanı 12 yaşlı Tevfik Eymen Önercanın hadisə yerində həyatını itirdiyi müəyyən edilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv