Liviyanın paytaxtı Tripolidə milis qruplarının Sabitliyə Dəstək Birliyinin lideri Əbdülqani Əl-Kiklinin öldürülməsindən sonra axşam saatlarında Əbu Səlim bölgəsində Müdafiə Nazirliyinə bağlı qüvvələrlə qarşıdurma baş verib.
Manset.az-ın əldə etdiyi məlumata görə, baş verən qarşıdırmalarda ən azı 6 nəfər həyatını itirib.
Müdafiə Nazirliyi qüvvələrinin Sabitliyə Dəstək Birliyinin qalası kimi tanınan Əbu Səlim bölgəsini nəzarətə götürdüyü bildirilib. Qarşıdurma zamanı qapalı qalan ailələrin bölgədən təxliyə edildiyi bildirilib. Paytaxt küçələrində çoxlu sayda milis dəstələrinin dolaşması səbəbindən vəziyyətin gərgin olduğu öyrənilib.