Anasını döyərək boğdu -  Dəhşətli ailə faciəsi

17:54 - 13 May 2025

Anasını döyərək boğdu -  Dəhşətli ailə faciəsi

Türkiyənin Osmaniyedə bölgəsində mübahisə zəminində anası Nura Z.-ni döyərək boğaraq öldürən Əli M. saxlanılıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, Suriya əsilli Əli M. ilə anası Nura Z. arasında naməlum səbəbdən mübahisə başlayıb.

Mübahisə böyüdükcə Əli M. anasını döyməyə başlayıb, sonra isə onu boğaraq öldürüb. Ətrafdakı insanların xəbəri üzərinə hadisə yerinə polis və tibb qrupları sövq edilib. Şübhəli Əli M. polis qrupları tərəfindən nəzarətə alınıb.

Nura Z.-nin cansız bədəni respublika prokurorunun araşdırmasının ardından yarılma üçün Osmaniye Dövlət Xəstəxanası meyitxanasına aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv