Tramp Suriya lideri ilə görüşdü

14:08 - 14 May 2025

Tramp Suriya lideri ilə görüşdü

ABŞ prezidenti Donald Tramp bu gün Suriyanın keçid dövrünün prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.


Manset.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda baş tutub.

Bu, Suriya ilə ABŞ arasında son 25 ildə ilk rəsmi təmas olub. Söhbət Trampın Fars Körfəzi Əməkdaşlıq Şurasının liderləri ilə görüşləri çərçivəsində gerçəkləşib.

Tramp görüşdən bir gün əvvəl verdiyi açıqlamada Suriyaya qarşı iqtisadi sanksiyaların götürüləcəyini də açıqlamışdı.

ABŞ 1979-cu ildən Suriyanı terrorizmə sponsorluq edən dövlətlər siyahısında saxlayır. Tramp deyib ki, Suriyada sülhə şans verilməlidir və bu, Əhməd Əl Şaraanın rəhbərliyi ilə mümkün olacaq.

Görüş bağlı qapılar arxasında davam edib. Heç bir şəkil və ya iştirakçıların siyahısı mətbuata təqdim edilməyib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv