İsrail HƏMAS liderini öldürdü

14:57 - 14 May 2025

İsrail HƏMAS liderini öldürdü

İsrail rəsmiləri dünən Qəzza zolağında Avropa xəstəxanasına edilən hücumlarda Həmas-ın Qəzza lideri Məhəmməd Sinvarın hədəf alındığını bildirib.


Manset.az-ın əldə etdiyi məlumata görə, İsrail Qəzza zolağında Xan Yunisdəki Avropa xəstəxanasına hücum edib.

Qəzzada Səhiyyə Nazirliyi hücumda 16 nəfərin öldüyünü, 70 nəfərin yaralandığını açıqlayıb.

İsrail Müdafiə Qüvvələri (IDF) açıqlamasında bildirib ki, hücumlarda HƏMAS-ın Qəzza lideri Məhəmməd Sinvar da hədəf alınıb. İsrail Silahlı Qüvvələrinin bəyanatında Sinvarın sağ olub-olmamasının məlum olmadığı, lakin xəstəxanaya edilən hücumda tunelin hədəf alındığı qeyd edilib.

İsrail təhlükəsizlik mənbələri təhlükəsizlik qüvvələrinin Sinvarın taleyini müəyyən etməyə çalışdığını bildirib. Adının açıqlanmasını istəməyən təhlükəsizlik mənbələri, Sinvarın xəstəxanaya hücumda hədəf alınan tuneldə olduğu halda, çox güman ki, sağ olmadığını bildirib.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv